“Sumqayıt”da daha bir ayrılıq
“Sumqayıt” klubu daha bir məşqçisi ilə vidalaşıb.
Komanda.az kluba istinadən xəbər verir ki, fizioterapevt vəzifəsində çalışmış Rövşən İsmayılovun müqaviləsinin müddəti başa çatıb. “Sumqayıt” 10 il komandada işləmiş mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.
Sumqayıtlılar daha əvvəl Emil Babayevlə yollarını ayırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin