“Yuventus”un xalları yenə silinə bilər!
İtaliyanın “Yuventus” klubu yenidən xal itirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, bu gün İtaliya Futbol Federasiyasının məhkəməsi toplaşacaq və orada Turin klubunun futbolçularının maaşları ilə əlaqədar maxinasiyalar üzrə işə baxılacaq.
“Yuventus” veriləcək qərarla maksimum pul cəriməsi və ya yenidən xallardan məhrumetmə cəzası ilə üzləşə bilər. Məhkəmə ikinci variantın lehinə qərar versə, o zaman “Yuve”nin böyük ehtimalla, 2-3 xalı silinəcək. Klub A Seriyasında Konfrans Liqasında iştirak hüququ verən 7-ci pillədə qalacaq.
Klubun avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərarı isə UEFA verəcək. “Yuve” bu il beynəlxalq yarışlara vəsiqə qazanmasa, cəza növbəti mövsümə keçə bilər.
Bundan əvvəl “Yuventus” udurma kapital qazancına görə 10 xaldan məhrum edilmişdi.
Bizi Facebook-da izləyin