Son mövsümdən razı qalmayb

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq başa çatan 2022/2023 mövsümü haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis son mövsümün onu qane etmədiyini bildirib:

“Bu mövsüm bizi qane edirmi? Xeyr, biz daha yaxşı oynamalıyıq. Bizim təməlimiz, bazamız var, təkmilləşmək lazımdır. Bu mövsüm qarşıda daha bir oyunumuz var (“Mançester Siti” ilə Federasiya kubokunun final matçı) və bu, növbəti böyük addımı atmaq üçün əla fürsətdir.

2023/2024 mövsümündə daha da yaxşı oynamaq üçün özümüzə olan tələbləri artırmalıyıq. Bilirsiz ki, Premyer Liqada rəqabət çox gərgindir, rəqiblərimiz də güclənəcək. Biz də ən azı eyni şeyi etməliyik. Çox yaxşı olmalıyıq. Növbəti mövsümdə yuxarı qalxmaq və ilk “2-lik” üçün mübarizə aparmaq istəyirik. Buna görə də, səviyyəmizi yüksəltməliyik”.

MY son mövsümdə Premyer Liqada 75 xalla 3-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button