“Başqa klublardan təklif göndərilibsə…” – “Qarabağ”ın hücumçusu

“Qarabağ” Azərbaycan Premyer Liqasının 36-cı turunda “Turan Tovuz”u məğlub edib (3:1).

Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı oyundan sonra Komanda.az-a gələcək karyerası ilə bağlı açıqlama verib:

“Hələlik bu məsələ ilə bağlı dəqiq qərar verilməyib. Hazırda “Qarabağ”dayam. Artıq 2022/23 mövsümü sona çatdı. Başqa klublardan təklif göndərilibsə, bu haqda sabahdan söhbətlərimiz olacaq, inşallah. Gördüyünüz kimi, indi “Qarabağ”ın stadionundayam. Harada oluramsa-olum, mənim üçün fərq etmir, klubum və öz inkişafım üçün əlimdən gələni etməyə çalışacağam”.

Qurbanlı 2022/23 mövsümündə daha çox oynadığını dilə gətirib:

“Düşünürəm ki, az da olsa, 2022/23 mövsümünün inkişafıma təsiri oldu. Daha çox oynadım. 2021/22 mövsümündə bu qədər forma geyinmək şansı əldə etməmişdim. Əlbəttə, meydanda daha çox olmaq inkişafa təsirini göstərir. Məncə, qollarımın da sayı az olmadı. Düzdür, bu, hələ hər şey demək deyil. Amma ən azı karyeramda kiçik də olsa, addım atdım. Hər şey qabaqdadır”.

Musa Qurbanlı 2022/23 mövsümündə Premyer Liqada 21 qol vurub.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button