“20 voleybolçudan ibarət siyahı əlimizdədir” – Millinin yeni baş məşqçisi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil mətbuat konfransında çıxış edib.

Komanda.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan voleybolunun əvvəlki uğurlarını geri qaytarmaq istədiklərini bildirib:

“Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə yaxşı nailiyyətlər əldə olunub”.

O, avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını deyib. Güneyligil həmçinin, zamanda, gənclərin voleybola cəlb edilməsinin ön planda olacağını vurğulayıb:

“Yerli məşqçilərlə fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün nəzərdə tutulub”.

Baş məşqçi yığmadakı oyunçular barədə məlumatlı olduğunu deyib:

“20 voleybolçudan ibarət siyahı əlimizdədir. Burada dəyişiklik də ola bilər. Gənclərin cəlb olunması da nəzərdə tutulub. Yekun siyahını qarşıdakı günlərdə federasiyaya təqdim edəcəyik”.

Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button