“11 məğlubiyyətin qəbuledilməz olduğunu başa düşürük”
“İnter”in məşqçisi Massimiliano Farris (baş məşqçi Simone İnzaqinin köməkçisi) “neradzurra”nın çıxışını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “İnter” – “Sassuolo” (4:2) matçından sonra keçirilən mətbuat konfransında ötən il daha yaxşı oynadıqlarını deyib:
“Məncə, biz keçən il çox yaxşı oynayırdıq. “İnter” çox incə taktiki tarazlıqda olan komandadır. İtaliya A Seriyasında 11 məğlubiyyətin qəbuledilməz olduğunu başa düşürük. Bu mövsüm ölkə kubokunda və Çempionlar Liqasındakı nəticələrimiz həmin uğursuzluğu nisbətən yumşaldıb”.
“İnter” hazırda İtaliya çempionatının turnir cədvəlində 66 xalla üçüncüdür. Milan təmsilçisi ölkə kubokunun finalında “Fiorentina” ilə qarşılaşacaq. Matç mayın 24-də keçiriləcək.
İnzaqinin komandası Çempionlar Liqasında da mübarizəni davam etdirir. Onlar yarımfinalın ilk görüşündə “Milan”ı məğlub edib – 2:0. Cavab matçı 16 may, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin