“Çempionlar Liqası “Real”ın turniridir”

Federiko Valverde “Real”ın heyətində UEFA Çempionlar Liqasında oynamağın necə hiss olmasından danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, uruqvaylı futbolçu, Çempionlar Liqasının “Real”ın turniri olduğunu deyib:

“Çempionlar Liqasındakı oyunlar xüsusidir, çünki bu, “Real”ın turniridir. Çempionlar Liqasında hər şey digər turnirlərdən fərqlidir. Burada tamamilə fərqli atmosfer və enerji var. Hər şey bənzərsiz bir xəyal kimi görünür.

Avropa klubunda çıxış edən istənilən futbolçu bu turnirdə qalib olmaq arzusundadır. Və təbii ki, azarkeşlər üçün komandanın Çempionlar Liqasındakı qələbəsindən gözəl heç nə yoxdur. Çünki klub səviyyəsində bu, ən vacib yarışdır. Buna görə də, düşünürəm ki, Çempionlar Liqası matçı gecəsində hər şey həmişə fərqli olur”.

Valverdeyə Çempionlar Liqasının yarımfinalında “Real” və “Mançester Siti” arasındakı cavab oyunu (ilk matç 1:1) haqda da sual verilib:

“Real”da bizə həmişə sona qədər mübarizə aparmağı öyrədirlər. Ona görə də, daha 90 dəqiqəmiz var”.

“Real”ın “Mançester Siti” ilə cavab oyunu mayın 17-də, İngiltərədə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button