Van Basten Messini anlamır

“Milan”ın keçmiş futbolçusu Marko van Basten PSJ-nin hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”a mümkün transferi haqda danışıb.

Komanda.az “Ziggo Sport”-a istinadən xəbər verir ki, o, keçidin baş tutacağı halda, acınacaqlı görüntünün meydana çıxacağını bildirib:

“Messinin hansı səbəbdən Səudiyyə Ərəbistanında oynayacağını anlamıram. Daha çox pul qazanmaq üçün? Məncə, bu, onun adına acınacaqlı görüntü olar. O, özünə söz keçirməyi və sevdiyi işlə məşğul olmağı bacarmalıdır”.

Öncədən Səudiyyə Ərəbistanı rəhbərliyinin yerli çempionata Avropadan daha çox futbolçu dəvət etmək istədiyi bildirilirdi.

Hazırda Messinin çıxış etdiyi PSJ Fransa çempionatının turnir cədvəlində 78 xalla birinci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button