“Yuventus”dan həbsdə yatan futbolçuya təklif

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Yuventus” ona performansını bərpa etmək və yenidən yüksək səviyyədə oynamaq imkanı təklif etmək istəyir.

Turin təmsilçisinin rəsmiləri 2016-2022-ci illərdə Mançester klubunda forma geyinən Pol Poqbanın mümkün transferdə önəmli rol oynayacağını hesab edirlər.

“Qoca sinyora” yayda Qrinvudu icarəyə götürməyə çalışacaq.

Qrinvud bu ilin yanvarında döyülmə videosu və fotosunu, eləcə də, cinsi əlaqəyə məcbur edildiyi audionu dərc edən keçmiş sevgilisi Harriet Robsonun ittihamlarından sonra həbs edilmişdi.

Futbolçunun “Mançester Yunayted”lə sözləşməsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button