Azərbaycan millisinin üzvü rəmzi komandada FOTO

Futbol üzrə Qazaxıstan çempionatında 13-cü turun rəmzi komandası müəyyənləşib.

Komanda.az “sports.kz” saytına istinadən xəbər verir ki, “Tobol” klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü Emil Balayev rəmzi komandaya düşüb.

Emil “Tobol”un “Şaxtyor”la görüşünün (2:0) iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqib futbolçu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button