Keçmiş futbolçudan etiraflar: “Biz kişiyik, istəklərimiz, ehtiyaclarımız var”

PSJ-nin keçmiş qapıçısı Jerom Alonzo cinsi həyatın futbolçu karyerasına necə təsir etməsindən danışıb.

Komanda.az “France Football”-a istinadən xəbər verir ki, o, oyunlardan bir gün əvvəl cinsi əlaqədə olmaq istəmədiyini bildirib:

“Komanda yoldaşlarım deyirdilər ki, “Xeyr, oyundan bir gün əvvəl sevgilimə toxunmuram” (gülür). Məşqçilər bizə daim deyirdilər ki, matçdan əvvəl testosteron səviyyəsini itirməməliyik, ona görə də sevişməməliyik.

Matçdan bir gün əvvəl heç vaxt cinsi əlaqədə olmaq istəmirdim. Min bir səbəbə görə bir az narahat olduğum üçün artıq matç haqda düşünürdüm. Mən sadəcə tək qalmaq, Antarktidada balinalar haqqında sənədli film izləmək istəyirdim.

Düşünürəm ki, gündəlik həyatda kifayət qədər yaxşı xasiyyətli insanam, amma matça 24 saat qalmış məni çaşdırmaq lazım deyil. Və təbii ki, cinsi əlaqəni nəzərdə tuturam. Ona görə də, həmişə hər şeydən qopmağa, tək qalmağa üstünlük vermişəm. Matçlardan bir gün əvvəl imtinam fiziki yox, psixoloji idi.

Bu (masturbasiya) həssas bir mövzudur və buna baxmayaraq, hamımız buna öyrəşmişik, çünki çox vaxt tək qalırıq. Bəzən stressdən azad olmaq lazımdır. Biz bu barədə heç vaxt öz aramızda danışmamışıq. Amma mən bunu sağlam hesab etmirəm.

Mövsüm öncəsi iki həftəlik səfərdə olduğunuz zaman, məncə, “silahınız”ı boşaltmadığınızı söyləmək çətindir. Bu, doğru deyil. Biz kişiyik, istəklərimiz, ehtiyaclarımız var, çoxlu testosteron buraxırıq. Mövsümöncəsi qadınlar yox idi, buna görə də, bunu etməli olurduq”.

Alonzo karyerası ərzində PSJ, “Sent-Etyen” və “Marsel” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button