“Çoxu indidən çempionluq titulu haqda danışmağa başlayıb”
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasının 33-cü turunun “Arsenal”la oyununu (4:1) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, görüşdə dubla imza atan belçikalı növbəti matçlar haqda fikir bildirib:
“Vacib oyun idi. Belə matçlarda qalib gəlmək həmişə önəmlidir. Çoxu indidən çempionluq titulu haqda danışmağa başlayıb. Bizim fikrimizə görə, “Arsenal”la oyunda yaxşı çıxış etməliydik. Bunu bacardıq.
Qarşıda bizi yeddi matç gözləyir. Görüləsi işlər çoxdur. Mövsümün sonuna doğru yaxınlaşırıq. Bu səbəbdən, bilirik ki, hər oyunda qalib gəlməliyik. “Arsenal”a uduzsaydıq, bizim üçün çətin olardı. Çox yaxşı oynadıq.
Bir-iki həftədən sonra nələrin olacağını bilmək mümkün deyil. Hər oyunda yüz faizlik nəticə ilə çıxış etmək çətindir. Ardıcıl olaraq, Münhen, London və Şeffild səfərlərimiz oldu. Son beş və ya altı həftədir ki, üç gündən bir oyunlarımız olur”.
MS hazırda İngiltərə çempionatının turnir cədvəlində 73 xalla ikinci, “topçular” isə 75 xalla birincidir. Xatırladaq ki, “Mançester Siti” iki oyun az keçirib.
Bizi Facebook-da izləyin