Tuxel narazıdır
“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 28-ci turunun “Hoffenhaym”la qarşılaşmasından (1:1) danışıb.
Komanda.az “Bayern & Germany”-ə istinadən xəbər verir ki, o, çoxlu səhvlər etdiklərini deyib:
“Əlbəttə, mənim üçün ən vacib olan nəticədir, amma oyun üslubumuz da məni məyus etdi. Çox yavaş oynadıq və çoxlu səhvlər etdik. 60 saniyə ərzində altı və ya yeddi ötürməni səhv verdik.
İrəli addım atmaq imkanımız olsa da, geri düşdük. Heç nə bizim xeyrimizə olmadı. Həqiqətən, məşqdə futbolçuların enerjili olduğunu hiss edirdim. İndi isə tamamilə narazıyam”.
Münhen təmsilçisi hazırda Almaniya çempionatının turnir cədvəlində 59 xalla birincidir. Onların ən yaxın izləyicisi Dortmund “Borussiya”sıdır (57 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin