Yayda “Çelsi”yə keçə bilər

“Benfika”nın hücumçusu Qonçalo Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Football İnsider”-ə istinadən xəbər verir ki, 21 yaşlı portuqaliyalının xidmətində “Çelsi” maraqlıdır. Futbolçu yay transfer pəncərəsi dövründə London klubuna keçə bilər.

Ramos bu mövsüm “Benfika”nın heyətində 37 oyuna çıxıb, 25 qol vurub və 10 məhsuldar ötürmə edib. O, həmçinin Portuqaliya yığmasının heyətində DÇ-2022-nin 4 matçında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button