PSJ doğma meydanda uduzdu
Fransa çempionatında 29-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 7 görüş baş tutub.
“Lill” doğma meydanda “Loryan”ı, “Brest” isə “Tuluza”ı eyni hesabla (3:1) yenib. “Klermon” da “Ayaçço”nu məğlub yola salıb. “Nant” doğma meydanda “Reyms”ə 3 cavabsız qolla uduzub. Yeddi qolun qeydə alındığı “Monako” – “Strasburq” görüşü meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb. Lider PSJ isə evdə Lion “Olimpik”inə uduzub.
Hazırda 66 xalı olan PSJ vahid liderdir. “Lans” və Marsel “Olimpik”i 60 xalla 2-3-cü pillələri bölüşdürürlər. “Monako”nun 57, “Lill”in 52, “Renn”in 50, “Reyms”in 46 xalı var.
Fransa, Liqa 1
29-cu tur
31 mart
Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Genduzi, 44-pen – Nordin, 12.
1 aprel
Oser – Trua 1:0
Qol: Nianq, 73.
Renn – Lans 0:1
Qol: Openda, 31.
2 aprel
Lill – Loryan 3:1
Qol: Kabelya, 13. Jeqrova, 89; 90+1 – Kone, 77.
Anje – Nitsa 1:1
Qol: Niane, 15 – Moffi, 4.
Brest – Tuluza 3:1
Qol: Munye, 33. Duaron, 63. Kamara, 84 – Dallinqa, 10.
Klermon – Ayaçço 2:1
Qol: Kyei, 60-pen; 90+2-pen – Əl İdrissi, 25.
Nant – Reyms 0:3
Qol: Flips, 38; 39. Munetsi, 58.
Monako – Strasburq 4:3
Qol: Vanderson, 19. Seqir, 54. Diop, 58. Fofana, 65 – Motiba, 32. Maripan, 41. Diallo, 90+2.
PSJ – Olimpik (Lion) 0:1
Qol: Barkola, 56.
Bizi Facebook-da izləyin