“Turan Tovuz”la “Sumqayıt”ın futbolçuları Afrikada qarşılaşdılar

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika millisi “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdellli Liberiya yığması ilə növbəti dəfə üz-üzə gəlib.

Sözügedən komandalar 4 gün öncə Yohannesburqda qalibi müəyyənləşdirə bilməmişdilər – 2:2. Monroviyadakı qarşılaşmada isə Cənubi Afrika yığması 2:1 hesablı qələbəyə sevinib.

Azərbaycanda çıxış edən futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə meydanda qalıbsa, Terrens fasilədə əvəzlənib.

Cənubi Afrika yığması hazırda yer aldığı K qrupunda 4 xalla ikinci, 1 xalı olan Liberiya isə üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button