Pavel Paşayev Ukrayna çempionatının bürünc medalını qazandı

Futbol üzrə Ukrayna Premyer Liqasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 32-ci tur çərçivəsində doğma meydanda Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Aleksandriya” mövsümü 49 xalla 3-cü pillədə başa vurub və çempionatın bürünc medallarını qazanıb. Paşayev isə mövsüm ərzində 22 oyuna çıxıb ki, onların da əksəriyyətində 90 dəqiqə meydanda olub. Millimizin üzvü bu oyunlardan yalnız birində sarı vərəqə ilə cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button