Bakıda 3 ingilis

Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final matçında iki İngiltərə klubu – “Çelsi” ilə “Arsenal” üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, London təmsilçilərinin duelində sevinən tərəf 4:1 hesabıyla qələbə qazanan “Çelsi” olub. Maraqlısı odur ki, İngiltərə klublarının oyuna çıxdığı əsas heyətdə ümumilikdə 1 ingilis futbolçu yer alıb. O da “Arsenal”da Eynsli Meytlend-Naylz. Start heyətdə meydana çıxan 21 yaşlı yarımmüdafiəçi sonadək mübarizə aparıb.

Oyuna sonradan isə iki ingilis futbolçu daxil olub – “Çelsi”dən Ross Barkli, “Arsenal”dan Co Uillok. Ümumilikdə, komandaların oyun üçün açıqladığı heyətdə “Çelsi”dən 5, “Arsenal”dan 6 ingilis futbolçu yer alıb.

Komandalar final matçına bu heyətlə çıxıb:

Çelsi: 1. Kepa Arrisabalaqa (İspaniya), 5. Jorjinyo (İtaliya), 7. Nqolo Kante (Fransa), 10. Eden Hazard (Belçika), 11. Pedro Rodriqes (İspaniya), 17. Mateo Kovaçiç (Xorvatiya), 18. Olivye Jiru (Fransa), 27. Andreas Kristensen (Danimarka), 28. Sesar Aspilikueta (İspaniya), 30. David Luis (Braziliya), 33. Emerson Palmieri (İtaliya).
Ehtiyat oyunçular: 13. Vilyi Kabalyero (Argentina), 52. Ceymi Kamminq (İngiltərə), 3. Markos Alonso (İspaniya), 8. Ross Barkli (İngiltərə), 9. Qonsalo İquayn (Argentina), 21. Davide Zappakosta (İtaliya), 22. Villian (Braziliya), 24. Qari Keyhill (İngiltərə), 44. Ethan Ampadu (Uels), 51. Konor Qallager (İngiltərə), 55. Corc Makekran (İngiltərə).

Arsenal: 1. Petr Çex (Çexiya), 5. Sokratis Papastatopulos (Yunanıstan), 6. Loran Kosielnı (Fransa), 9. Aleksandr Lakazett (Fransa), 10. Məsut Özil (Almaniya), 11. Lukas Torreyra (Uruqvay), 14. Pyer-Emerik Obameyanq (Qabon), 15. Eynsli Meytlend-Naylz (İngiltərə), 18. Naço Monreal (İspaniya), 31. Sead Kolaşinaç (Bosniya və Herseqovina), 34. Qranit Caka (İsveçrə).
Ehtiyat oyunçular: 19. Bernd Leno (Almaniya), 44. Deyan İliyev (Makedoniya), 4. Məhəmməd Elneni (Misir), 12. Stefan Lixştayner (İsveçrə), 17. Aleks İvobi (Nigeriya), 20. Şkodran Mustafi (Almaniya), 23. Danni Uelbek (İngiltərə), 25. Karl Cenkinson (İngiltərə), 29. Matteo Genduzi (Fransa), 49. Eddi Nketya (İngiltərə), 59. Co Uillok (İngiltərə), 87. Bukayo Saka (İngiltərə).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button