Problemləri çoxdur, amma xoşbəxtdirlər

“Arsenal”ın idman direktoru Edu Qaspar London klubunun hazırkı durumu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, paytaxt təmsilçisinin etməli olduğu işlərin çox olduğunu deyib:

“Klubun hələ etməli olduğu çox iş var. Biz icra etməli olduğumuz prosedurun ortasındayıq. Həll etməli çoxlu problemlərimiz var. Buna baxmayaraq, xoşbəxtik və tutduğumuz yerdən qürur duyuruq”.

“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 66 xalla başçılıq edir. Onların ən yaxın izləyicisi “Mançester Siti”dir (61 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button