“Belə durumlar təcrübəsizlik olduğu zaman yaşanır” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 25-ci turunun “Sampdoriya” ilə matçını (4:2) şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, gənc futbolçuların təcrübəsiz olduğunu dilə gətirib:

“Düşünürəm ki, komandam oyunu idarə etmək məsələsində təkmilləşməlidir. 2:0 hesabı ilə öndə olanda əks-hücumlara bel bağlamalı idik.

Təcrübəli müdafiəçilər gənc həmkarlarını hücumda iştirak etməkdən çəkindirməli idilər ki, onlar öz mövqelərinə vaxtında qayıtsınlar. Belə durumlar təcrübəsizlik olduğu zaman yaşanır”.

“Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 38 xalla 7-ci, “Sampdoriya” isə 12 xalla 19-cu pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button