Feliksin “Çelsi”yə keçməsinin səbəbi

Portuqaliyalı hücumçu Joao Feliks hansı səbəbdən “Çelsi”yə keçdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, London təmsilçisinin heyətində özünü sərbəst hiss etdiyini deyib:

“Çelsi” hücum etməyi, topa sahib olmağı və oyuna hakim olmağı sevən komandadır. İstədiyim oyun tərzini burada görürəm. Özümü tamamilə sərbəst hiss edirəm. Sevdiyim məhz budur”.

İngiltərə təmsilçisi portuqaliyalı oyunçunu qış transfer pəncərəsində “Atletiko”dan cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button