MY-nin 4 ən vacib oyunçusu – Nevillə görə

Keçmiş futbolçu Qari Nevill “Mançester Yunayted” haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın dörd ən vacib oyunçusunun adını çəkib:

“Kazemiro, Markus Reşford, David de Xea, Rafael Varan. Sıralamanı belə qeyd edərdim. Bunu dediyimə inana bilmirəm, Kazemiro keçən mövsüm klubda deyildi.

Reşford, De Xea və Varanın bu qədər təkmilləşməsinə də inana bilmirəm. Onların əla formada olduğunu siz də hiss edirsiz”.

Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Liqa kubonun finalında “Nyukasl”ı məğlub edərək (2:0), tarixində 6-cı dəfə bu turniri qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button