“Atletiko” “Yuventus”a dünya çempionunu təklif edir – Əvəzində…
“Yuventus”un müdafiəçisi Qleyson Bremer karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, “Atletiko” braziliyalı futbolçunun xidmətində maraqlıdır.
“Hindular” onun əvəzində “qoca sinyora”ya Rodriqo de Paulu təklif edib. “Yuventus” rəhbərliyi uzun müddətdir ki, argentinalı futbolçunu izləyir.
28 yaşlı son dünya çempionu 2022/23 mövsümündə “Atletiko”nun heyətində 25 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
25 yaşlı Bremer isə cari mövsümdə bütün turnirlər daxil olmaqla “Yuventus”un heyətində 25 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin