“Qəbələ” “Səbail”lə oyuna 3 itki ilə çıxacaq

“Qəbələ”nin üç futbolçusu Misli Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutacaq “Səbail”lə səfər oyununda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, qapıçı Kristof Atanqana fərdi məşqlərlə kifayətlənir.

Yarımmüdafiəçi Omar Hani isə məşqdə zədələnib və sabah keçiriləcək görüşdə iştirak edə bilməyəcək. Müdafiəçi Rüfət Əhmədov da bərpa prosesini davam etdirir.

Zədəsini sağaldan Ramon Maçado isə artıq komandanın hazırlıq prosesinə qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button