Azərbaycan millisi ilə oyunu buraxa bilər – “Real”ın futbolçusu

“Real”da oynayan avstriyalı futbolçu David Alaba AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan millisi ilə görüşünü buraxa bilər.

Komanda.az “Nachrichten” nəşrinə istinadən xəbər verir ki, buna səbəb müdafiəçinin Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la oyununda (5:2) zədələnməsidir.

O, matçın 27-ci dəqiqəsində bud nahiyəsindən zədə alaraq əvəzlənib. Avstriya millisinin kapitanının bu səbəbdən Azərbaycan və Estoniya yığmalarına qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altına düşüb.

Avstriya yığması martın 24-də Azərbaycan millisini, üç gün sonra isə Estoniyanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button