“Çelsi” onun üçün 80 milyon avro təklif edəcək

“Çelsi” 2023-cü ilin yayında “Atletiko”dan portuqaliyalı hücumçu Joao Feliksi almaq istəyir.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçunun tam transferi üçün təxminən 80 milyon avro təklif edəcək.

Feliks 2023-cü ilin qışında “Atletiko”dan icarə əsasında “Çelsi”yə keçib. Londonlular portuqaliyalının icarəsi üçün 11 milyon avro ödəyib. “Çelsi” Feliksin bütün maaşını da öz üzərinə götürüb: təxminən 6 milyon avro.

Feliks “Çelsi” ilə 3 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button