“Aşağı liqaya düşməmək üçün…” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 21-ci turunun “Salernitana” ilə oyunundan sonra (3:0) açıqlama verib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, Turin təmsilçisinin cari mövsümdə əsas məqsədini açıqlayıb:
“Mən reallığa baxıram, mənə görə 41 xalımız var. Düşünürəm ki, “Montsa” ilə eyni səviyyədəyik. Əsas məqsəd turnir cədvəlinin yuxarı pillələrində yer almaqdır. Aşağı liqaya düşməmək üçün daha 14 xal toplamalıyıq”.
Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 11-ci sıraya enib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin