“Çelsi”dən 121 milyon avroluq transfer
“Çelsi” daha bir səs-küylü transferə imza atıb.
Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi Argentina yığmasının və Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatıb.
22 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Zadəganlar” bu keçid üçün “Benfika”ya 121 milyon avro ödəyib.
“River Pleyt”in yetirməsi olan Entso Fernandes Argentinanın digər təmsilçisi “Defensa Xustisiya”da da oynayıb. “Benfika” yarımmüdafiəçini 2022-ci ilin iyul ayında “River Pleyt”dən 44.25 milyon avro qarşılığında transfer etmişdi. Argentina yığması ilə dünya çempionu olan futbolçu millidə 10 oyuna 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin