Ən yaxşı xilaskar – Ter Ştegen
“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen qapıya ünvanlanan zərbələrin dəf edilməsi faizinə görə Avropanın TOP-5 liqalarında liderlik edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman qapıçı cari mövsümdə İspaniya La Liqasında zərbələrin 84,6 faizində komandasını xilas edib.
Onu Fransanın “Reyms” klubunun qapıçı Yevann Diuf izləyir (83,9%). Nik Poup (“Nyukasl”, İngiltərə – 82,3%) üçüncü, Jeronimo Ruli (“Vilyarreal”, İspaniya – 82,1%) və Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə – 82%) növbəti pillələrdə qərarlaşıb. Siyahıya bu mövsüm ən azı 25 qurtarış edən qapıçılar salınıb.
“Barselona” La Liqada keçirdiyi 17 oyundan 13-də qol buraxmayıb və qapısında cəmi 6 top görüb. Bu, Avropanın aparıcı çempionatlarında ən yaxşı göstəricidir.
Bizi Facebook-da izləyin