“Qəbələ”nin çexlərlə oyunu dava ilə bitdi

“Qəbələ”nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın “Teplitse” komandasına qarşı keçirdiyi yoxlama oyununda dava düşüb.

Komanda.az xəbər verir ki, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov arasında baş verib.

İnsidentə digər oyunçular da qoşulunca, ara qarışıb. Nəticədə baş hakim oyunu vaxtından əvvəl – 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Xatırladaq ki, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button