“Ukraynalı Neymar” Premyer Liqa klubunda?
“Şaxtyor”un (Donetsk) futbolçusu Mixail Mudrik bu gün İngiltərənin paytaxtı Londona gedəcək.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 22 yaşlı oyunçu “Çelsi”də tibbi müayinədən keçəcək və klubla müqavilə imzalayacaq.
“Zadəganlar”ın yarımmüdafiəçi üçün Donetsk təmsilçisinə 70 milyon avro ödəyəcəyi bildirilib. “Ukraynalı Neymar” kimi tanınan gənc futbolçunun London təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayacağı gözlənilir.
Mixail Mudrik bu mövsüm “Şaxtyor”un heyətində 18 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin