“Real”da yeni müqavilə
“Real” futbolçusu Luka Modriçin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, “kral klubu” 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Cari mövsümdə 46 qarşılaşmada forma geyinən Modriçin əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin