Türam üçün 10 milyon avro

“Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türam 10 milyon avro müqabilində “Çelsi”yə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar” hücum xəttini daha da gücləndirmək məqsədilə onu kluba cəlb etməyi düşünür.

Öncədən “böyük beşlik” təmsilçilərindən PSJ (Fransa), “Bayern” (Almaniya), “Mançester Yunayted” (İngiltərə) və “Barselona”nın (İspaniya) də futbolçunu transfer etmək uğrunda mübarizə apardığı bildirilirdi.

Hücumçunun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Markus Türam bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button