Potter futbolçuları məsuliyyətsizlikdə günahlandırdı
“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə kubokunun “Mançester Siti” ilə oyunu barədə (0:4) danışıb.
Komanda.az “Football London”-a istinadən xəbər verir ki, o, futbolçularını tənqid edib:
“Komandanız böhran içində olarsa, qarşılaşa biləcəyiniz ən pis rəqib “Mançester Siti”dir. Kənardan futbolçularımın yüz faizlik performans sərgiləmədiyi görünə bilər. Mən onlarla işləyirəm və oyunçularımın məsələyə kifayət qədər məsuliyyətlə yanaşdığını hiss etmirəm”.
Çətin dönəmdən keçirik. Azarkeşlər daha yaxşı nəticələr görmək istəyir”.
İngiltərə kubokunda mübarizəni dayandıran “Çelsi” son 7 rəsmi oyunda 1 dəfə qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin