“PSJ oynamaq istədiyim klub deyildi” – Pastore

Argentinalı yarımmüdafiəçi Xavyer Pastore PSJ ilə hansı səbəbdən yollarını ayırdığını açıqlayıb.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, hazırda “Elçe”də çıxış edən futbolçu Paris klubunda ona təklif edilən müqavilədən imtina etdiyini deyib:

“PSJ məni buraxmaq istəmirdi. Onlar mənə beş illik müqavilə təklif etdilər. Lakin mən imtina etdim. Çünki o vaxt komandada qalmaq istəmirdim. Rəhbərlikdən xahiş etdim ki, məni rahat buraxsınlar. PSJ oynamaq istədiyim klub deyildi”.

Pastore 2011-2018-ci illərdə PSJ-də çıxış edib. O, Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla 269 oyuna çıxıb, 45 qol vurub və 61 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button