“Daha çox qol vurmalıydıq” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 19-cu turunun “Bornmut”la matçını (3:0) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın növbəti oyunları haqda da fikir bildirib:

“Əla qollar vurduq. Məncə, daha çox qol vurmalıydıq. Qol buraxmadığımız üçün sevinirəm. David de Xea bizi xilas etdi. Növbəti oyunlarda daha ağıllı oynamalıyıq”.

Hazırda “Mançester Yunayted” 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button