“Üç xalı qazansaq, ədalətsizlik olardı” – Potter
“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 18-ci turunun “Nottingem Forest”lə matçından sonra (1:1) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, keyfiyyətli oynamadıqlarını dilə gətirib:
“Çətin mübarizədə qazanılan bir xal. Biz keyfiyyətli oyun nümayiş etdirmədik. Təbii ki, bu, qələbə üçün kifayət etmir. Üç xalı qazansaq, ədalətsizlik olardı.
Rəqib meydanın hər yerində mübarizə apardı. Qol buraxanda belə, təslim olmadılar. Qələbə qazanmaq üçün lazım olan keyfiyyətləri nümayiş etdirmədik.
Komandada ab-hava necədir? Mən heç nədən şikayət etmək fikrində deyiləm”.
Hazırda “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 25 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin