Simeone Feliks üçün çalışacaq

“Atletiko” La Liqanın 18-ci turunda “Elçe”ni məğlub edib (2:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “hindular”ın argentinalı baş məşqçisi Dieqo Simeone matçdan sonra hücumçu Joao Feliks haqda fikirlərini bildirib:

“Bizimlə olduğu müddətdə onun komandaya ən yaxşısını verməsi üçün çalışacam. Sonra nə olacağını görəcəyik”.

Öncədən qış transfer pəncərəsində portuqaliyalı futbolçunun Madrid təmsilçisindən ayrılmaq istədiyi bildirilirdi. Feliksin “Atletiko” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

O, bu mövsüm paytaxt klubunun heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hazırda “Atletiko” 27 xalla İspaniya La Liqasının turnir cədvəlində 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button