Ten Haq məmnundur
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 17-ci turunun “Nottingem Forest”lə oyununu (3:0) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, matç ərzində çox hərəkət etdiklərini bildirib:
“Qapımızı toxunulmaz saxladıq, heç bir qol buraxmadıq. Bundan məmnunam. Çünki bu, həmişə vacibdir. Şübhəsiz ki, daha çox qol vura bilərdik. Çox gözəl hücumlarımız oldu. Meydanda çox hərəkət etdik. Qapıçı ilə təkbətək mübarizəyə çıxdıqda daha çox qol vurmalısan”.
“Mançester Yunayted” 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədədir. “Nottingem Forest” isə 13 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin