Peres onun üçün 120 milyon avro ödəmək istəmir
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Benfika” və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandeslə müqavilə imzalanmasını istəyir.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres isə son dünya çempionu üçün 120 milyon avro ödəmək istəmir.
Öncədən PSJ-nin və “Liverpul”un da DÇ-2022-nin qalibi ilə maraqlandığı bildirilirdi.
Fernandesin “Benfika” ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. O, bu mövsüm Portuqaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçu DÇ-2022-nin ən yaxşı gənc oyunçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin