MY onu transfer edib, əsas fiqura çevirmək istəyir
“Mançester Yunayted” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingemi heyətinə qatmaq və onu yeni komandanın qurulmasında əsas fiqura çevirmək niyyətindədir.
“Qırmızı şeytanlar”ın rəhbərliyi məhz bu vasitəylə 19 yaşlı futbolçunu kluba cəlb etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq da Bellingemin transferində çox maraqlıdir. Niderlandlı mütəxəssis Çud Bellingemi Avropanın ən yaxşı gənc futbolçusu hesab edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin