Kollinadan DÇ-2022-nin oyunları ilə bağlı açıqlama

FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina DÇ-2022-də keçirilən oyunlar barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunlara əlavə olunan vaxtın çox olması məsələsi barədə fikirlərini bildirib:

“Oyun müddətinin 50 dəqiqədən az olması problemi bir müddətdir var. Azarkeşlər daha çox futbola baxmaq istəyirlər. FİFA-dan illərdir ki, bununla bağlı yeniliklər etmək istənilib”.

Kollina insanlardan müsbət rəy aldıqlarını da vurğulayıb:

“Stadiondakı tamaşaçılardan müsbət rəylər alınıb. Görüşdüyüm insanların heç bir oyunlara əlavə edilən vaxtla bağlı mənfi reaksiya verməyiblər. Düşünürəm ki, tamaşaçılara yaxşı şou və xoş əyləncə təklif etmək vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button