DÇ-2022: “Biz heç nəyə iddialı deyilik” – Skaloni

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni milli komandanın DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Polşa üzərində qələbəsini (2:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nəticədən və matçdan razı qaldığını bildirib:

“Bu oyundan və əldə olunan nəticədən razı qaldım. Müdafiə futbolu sərgiləyən komandaya qarşı oynamaq heç də asan deyildi”.

Baş məşqçi qrup mərhələsinin ilk oyunu barədə də fikir bildirib:

“Dünya çempionatında asan matç yoxdur. Səudiyyə Ərəbistanına məğlub olmuşduq. Bunu heç kim gözləmirdi. Yaxşı oynayanda da uduzmaq olar”.

Skaloni pley-off matçının asan keçməyəcəyini vurğulayıb:

“Avstraliya ilə görüşün asan olacağını düşünən hər kəs yanılır. Biz heç nəyə iddialı deyilik. Sadəcə sona qədər mübarizə aparacaq güclü komandayıq”.

C qrupunda üç oyundan sonra Argentina millisi 6 xal toplayaraq qrup lideri kimi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. Dekabrın 3-də onlar Avstraliya yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button