DÇ-2022: “Mənim səhvimdən sonra komanda gücləndi” – Messi

Argentina yığmasının kapitanı Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Polşa ilə oyununu (2:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uğursuz penalti haqda da danışıb:

“Təəssüf ki, penaltidən qol vura bilmədim. Lakin mənim səhvimdən sonra komanda gücləndi. Bilirdik ki, ilk qolu vuran kimi oyunun gedişatı dəyişəcək”.

Messi Avstraliya ilə keçiriləcək pley-off matçı barədə də fikir bildirib:

“1/8 finalda Avstraliya ilə matç çox çətin olacaq. Biz buna ən yaxşı şəkildə və tam ciddi hazırlaşmalıyıq. İndi DÇ-2022-nin yeni mərhələsi başlayır. Ümid edirəm ki, uğur qazanmağa davam edəcəyik”.

C qrupunda üç oyundan sonra Argentina millisi 6 xal toplayaraq qrup lideri kimi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. Dekabrın 3-də onlar Avstraliya yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button