“Real”ın oyununu idarə edəcək və… gedəcək

İspaniyalı FİFA referisi Alberto Undiano Malyenko hakimlik karyerasını bitirir.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Malyenko La Liqanın 38-ci – sonuncu turunda keçiriləcək “Real” – “Betis” matçını idarə edəcək. Bu, 45 yaşlı referinin sonuncu oyunu olacaq. “Real” – “Betis” matçı mayın 19-da, saat 14:00-da start götürəcək.

Malyenko İspaniya La Liqasında ən çox oyun idarə edən hakimdir. O, yerli çempionatda bu günədək 348 oyun idarə edib.

1994-cü ildə İspaniya çempionatlarında debüt edən Malyenko, La Liqada ilk oyununa 2000-ci ildə çıxıb. O, 2004-cü ildən isə beynəlxalq oyunlara da təyinat almağa başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button