Haland favoritlərini açıqladı
“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haland DÇ-2022-də favoritlərini açıqlayıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, gənc hücumçu 4 milli komandanın adını xüsusi vurğulayıb:
“Düşünürəm ki, turnirin favoritləri Brazilya Argentina, Fransa və İngiltərədir. Yalnız bir ölkənin adını çəkə bilmərəm. Çünki dünya çempionatında yaxşı komandalar çoxdur”.
Norveç yığması dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək və 32 komanda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin