“Məşqçi olmasaydım, bu turnirdə futbolçu kimi oynayardım” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimində iştirak edib.

Komanda.az xəbər verir ki, Qurbanov, mərasimdə çıxışı zamanı minifutbolla bağlı fikirlərini bölüşüb:

“Burada olmaq çox xoşdur. İlk dəfədir ki, belə tədbirdə iştirak edirəm. Komandamız Avropa çempionu olanda izləmişdik, çox sevinmişdik. Bakıda çox böyük sevinc var idi. Orxan Məmmədova (Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti) belə layihəyə görə təşəkkür edirəm. Hamımız qeyri-peşəkar deyirik, amma bu, ən sevilən idman növlərindən biridir. Çempionluq əldə olunsa, bəlkə də, gələcəkdə futbolumuz üçün çox böyük təkan olacaq. Qeyri-peşəkar turnirdə Avropa çempionu oluruq, ölkə başçısı komandanı qəbul edirsə, bu, böyük təkan olacaq. Çox maraqla, sevə-sevə baxırdım oyunlarınıza. Buradakı komandaları gördüm: “Dəmir Yumruq”, “Birbaşa”. İmkan olanda bəzi oyunları izləməyə gələcəm. Həmin matçlara baxanda, bizim futbolda görmədiyimiz epizodlar olurdu. Liqa oyunlarına baxmağa çalışacam.

Bu gün burada keçmiş futbolçularımı gördüm: Vaqif Cavadov, Ruslan Abışov. Rəşad Sadıqovla da təmasda oluram. Burada hamını görmək xoş oldu. Bəzi oyunçular var ki, “Qarabağ”da oyayıblar, indi minifutbolda çıxış edirlər. Məşqçi olmasaydım, bu turnirdə futbolçu kimi oynayardım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button