Mourinyodan avrokuboklarda yeni rekord
İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Finlandiyanın HJK komandasına 2:1 hesabıyla qalib gəldikləri səfər matçında nail olub.
Bu, Mourinyonun avrokuboklarda məşqçi kimi 107-ci qələbəsi olub. Bununla da o, avrokuboklarda ən çox qələbə sevinci yaşamış məşqçiyə çevrilib.
Daha öncə bu rekord “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusona məxsus idi – 106.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin