“Heç kimi qınamaq olmaz” – “Barselona”nın prezidenti
“Barselona”nın prezidenti Xuan Laporta komandanın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməməsindən sonra baş məşqçi Xavinin işini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri, Xavinin yaxşı iş gördüyünü deyib:
“Xavi yaxşı iş görür. Bu gün (dünən) emosional baxımdan çox çətin idi, turnirdən kənarlaşdırıldığımızı biləndən sonra oyuna çıxdıq. Heç kimi heç nəyə görə qınamaq olmaz. Biz hələ də inanırıq və ümid edirik ki, bu komanda irəliləyişlə davam edəcək”.
ÇL-in 5-ci turunda “Barselona” “Bayern”ə 0:3 hesabı ilə uduzub. “İnter” isə “Viktoriya”ya (Plzen) qalib gələrək, kataloniyalıları turnirin pley-off şanslarından məhrum edib.
“Barselona” ardıcıl ikinci dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Bunların hər ikisi 2021-ci ildən komandaya rəhbərlik edən Xavinin rəhbərliyi altında olub. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin