“Bayern” onun transferi üçün əlindən gələni edəcək

“Tottenhem”in hücumçusu Harri Keyn 2023-cü ilin yayından karyerasını Bundesliqada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, son transfer pəncərəsində ingilislə maraqlanan “Bayern” futbolçunu transfer etmək üçün əlindən gələni edəcək. Bu barədə “Sky Germany” məlumat yayıb.

Daha əvvəl bildirilirdi ki, “Bayern” rəhbərliyi Keynin London klubu ilə müqaviləsinin 2024-cü ilin yayında başa çatmasının onlara onu öz komandalarına cəlb etməyə kömək edəcəyinə ümid edir. Buna baxmayaraq, həm “Tottenhem”in baş məşqçisi Antonio Konte, həm də klubun sahibi Daniel Levi çətin ki, 100 milyon avroya belə, futbolçu ilə asanlıqla ayrılmağa razılaşsın. Futbolçunun özünün hansı qərarı verəcəyi də məlum deyil. Çünki o, ola bilər ki, hazırkı klubu ilə müqaviləni uzatsın.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button